Nəriman Həsənzadənin son durumu AÇIQLANDI
Xalq şairi Nəriman Həsənzadənin palatada müalicəsi davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə şairin köməkçisi Arif Mehmandost məlumat verib.
Onun sözlərinə görə, N. Həsənzadənin səhhətində irəliləyiş var:
“Vəziyyəti yaxşıdır, özünü normal hiss edir. Səhhətində xeyli irəliləyiş var. Yeni ildə evə buraxılması mümkündür”.
Qeyd edək ki, 94 yaşlı şair uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkir. Xalq şairi hazırda Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Bundan öncə o, ürəyindən əməliyyat olunmuşdu.(Musavat)
18:53 24.12.2025
Oxunuş sayı: 2720