Ərdoğan: Türkiyə sülh prosesindəki irəliləyişdən məmnundur
Türkiyə Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişdən məmnundur.
Crossmedia.az "TRT Haber"-ə istinadən xəbər verir ki, bu barədə Ərdoğan 24 dekabr - Azərbaycan Liderinin doğum günü münasibətilə telefon danışığında bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə bu prosesi dəstəkləyir və bölgədə davamlı sülhün təmin olunmasını vacib hesab edir. Onun sözlərinə görə, sülh istiqamətində atılan addımlar regional sabitlik və əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır.
Kübra Musayeva
16:03 24.12.2025
Oxunuş sayı: 2966