Roma Papasının Azərbaycana səfəri gündəmdədir
Azərbaycan və Vatikan arasında aparılan diplomatik təmaslar çərçivəsində Roma Papasının ölkəmizə səfəri gündəlikdədir. Səfər hazırlıqları hazırda ilkin mərhələdədir və tərəflər arasında konkret tarix və proqram üzərində müzakirələr aparılır.
Crossmedia.az xəbər verir ki, belə bir səfər həm dini, həm də diplomatik baxımdan böyük əhəmiyyət kəsb edir. Roma Papasının Azərbaycana gəlişi ölkəmizin multikultural dəyərlərinin beynəlxalq səviyyədə tanıdılması, dinlərarası dialoqun gücləndirilməsi və müxtəlif icmalar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından mühüm rol oynaya bilər.
Səfər zamanı Azərbaycandakı dini icmalarla görüşlər, habelə dövlət rəsmiləri ilə bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, Roma Papasının regiondakı sülh və qarşılıqlı anlaşmanın təşviqi istiqamətində mesajlar verməsi gözlənilir.
Belə səfər yalnız dini aspektlərlə məhdudlaşmır, həm də ölkələr arasında strateji əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı anlaşmanın dərinləşdirilməsi üçün yeni imkanlar açır.
Hazırda səfərin tarixi və proqramı barədə rəsmi açıqlama verilməsə də, diplomatik dairələr məsələ ilə bağlı intensiv işlərin aparıldığını bildirirlər
Zeynəb Xuduyeva
15:19 24.12.2025
Oxunuş sayı: 4535