Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan
2025-ci il dekabr ayının 12-də Bakı vaxtı ilə saat 21-00 da Azərbaycan Demokrat Firqəsi “21 Azər həftəsi” çərçivəsində "Ulu Öndər Heydər Əliyev və Cənubi Azərbaycan" mövzusuna həsr edilmiş virtual konfrans keçirmişdir. Konfransa Azərbaycanla yanaşı Avropa ölkələrindən, ABŞ və Kanadadan qatılan həmvətənlərimiz qarşısında tanınmış alim, siyasi xadim, Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri, professor Eynulla Mədətli çıxış etmişdir.

Eynulla Mədətli Ulu Öndər Heydər Əliyevlə görüşlərini, onunla keçirdiyi birgə səfərləri xatırladı, Tehran şəhərində Azərbaycan səfirliyində çalışdığı dövrdə xatirələrini danışdı. Heydər Əliyevin Güney Azərbaycanın milli hüquqları ilə mütəmadi maraqlanması, milli hərəkatı dəstəkləməsi, Güney Azərbaycanın elmi və mədəni ziyalıları ilə daima maraqlanması barədə söhbətlər açdı.

Qeyd etdi ki, 12 dekabr Ulu Öndər
Heydər Əliyevin anım günü olmaqla yanaşı Güney Azərbaycanda Milli Hökumətin həm
yaranış günü, həm də onun süqutu günüdür. Bu çox simvolikdir. Bakı şəhərində fəxri
xiyabanda dəfn edilmiş Heydər Əliyevin tam qarşısındakı cərgədə Seyid Cəfər Pişəvərinin
məzarı yerləşir və mən hər dəfə oranı ziyarət edəndə mütləq S.Pişəvərinin də məzarını
ziyarət edirəm.
Ulu Öndər Azərbaycanın Təbriz şəhərində baş konsulluğunun açılması ilə əlaqədar xeyli addımlar atdı. O zaman Təbrizdə konsulluğun açılmasına xeyli maneələr yaradılırdı.
Ulu Öndər Güneydə yaşayan azərbaycanlıları
İranın vətəndaşı olaraq qəbul etsə də onları “bizim bir parçamız” adlandırırdı.
Eynulla Mədətli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının ədəbiyyat İnstitutunda, Şərqşünaslıq İnstitutunda, Tarix İnstitutunda Cənubi Azərbaycan şöbələrinin açılması və cənublu siyasi mühacirlərin Elmlər Akademiyasında çalışmaları və elmi uğurları haqqında geniş söhbət açdı.

Konfransın moderatoru Ayda Əmir Haşimi 1970-ci illərin
ortalarında Təbrizli şair Səhəndin yazmış olduğu Heydər Əliyevə həsr olunmuş “Elmin dayağı, yurdumun fəxri” adlı
şerini səsləndirdi.
Eynulla Mədətlinin Azərbaycan Demokrat Firqəsinin rəhbərləri, Qulamyəhya Daneşian, M.Çeşmazər, Rəhim Vilayi, əmirəli Lahrudi ilə əlaqələrindən
və Ulu Öndər Heydər Əliyevə yazdıqları məktublardan xatirələri ilə davam etdi.
Konfransda İsveçrədə fəaliyyət göstərən “Qobustan” İctimai Birliyi rəhbərləri çıxış etdilər.
Tədbir Azərbaycan
Milli Hökumətinin himnini səsləndirilməsi ilə bitdi.
12:45 13.12.2025
Oxunuş sayı: 1694