Avropada narkotik vəziyyəti fəlakətli səviyyəyə çatıb
Avropa İttifaqının Daxili İşlər və Miqrasiya üzrə Komissarı Magnus Brunner Brüsseldə keçirdiyi brifinqdə Avropada narkotik vəziyyətinin fəlakətli səviyyəyə çatdığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O qeyd edib ki, 2013-2023-cü illər ərzində kokain istehlakı altı dəfə artıb, metadon üç dəfə, ekstazi isə iki dəfə çoxalıb.
Sevinc Yarməmmədova
19:21 04.12.2025
Oxunuş sayı: 2157