Macarıstanın MOL şirkəti Rusiya “Lukoyl”unun beynəlxalq aktivlərini almaq istəyir
Macarıstanın neft-qaz şirkəti MOL (MOLB.BU) ABŞ nümayəndələrinə Rusiya neft şirkəti “Lukoyl”un (LKOH.MM) beynəlxalq aktivlərini almağa maraq göstərdiyini bildirib.
Crossmedia.az bu barədə Reuters-ə istinadən xəbər verir. Oktyabr ayında ABŞ Rusiyanın ən böyük özəl neft istehsalçısına qarşı sanksiyalar tətbiq edib və bu, “Lukoyl”u xarici aktivlərini satmağa məcbur edib. Hazırda “Lukoyl” Exxon Mobil, Chevron və Yaxın Şərq investorları ilə danışıqlar aparır.
Şirkətin beynəlxalq biznesi, əsasən Vyanada yerləşir, Avropada neft emalı zavodlarına, Qazaxıstan, Özbəkistan, İraq və Meksikada neft yataqlarına paylara və dünya üzrə yüzlərlə yanacaqdoldurma stansiyasına malikdir.
Bildirilir ki, MOL Avropadakı neft emalı zavodlarını və yanacaqdoldurma stansiyalarını, həmçinin Qazaxıstan və Azərbaycan neft yataqlarındakı payları almaq niyyətindədir.
Sevinc Yarməmmədova
19:07 04.12.2025
Oxunuş sayı: 1981