Almaniya Zelenskinin ABŞ-ın xəyanəti barədə xəbərdarlığını şərh etməyib
Almaniya kansleri Fridrix Merzin mətbuat katibi Stefan Kornelius Ukrayna prezidenti Volodymyr Zelenskiyə ABŞ-ın mümkün xəyanəti ilə bağlı xəbərdarlığı şərh etməkdən imtina edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Politico xəbər yayıb.
Məlumata görə, söhbət Almaniya kansleri ilə Fransa prezidenti Emmanuel Makron arasında baş tutub. Makron stenoqrama görə ABŞ-ın təhlükəsizlik zəmanətləri olmadan ərazi məsələlərində Ukraynaya xəyanət edə biləcəyini qeyd edib və Zelenski üçün “böyük təhlükə” görüb.
Nəzrin Abbas
18:46 04.12.2025
Oxunuş sayı: 1747