Ermənistan kilsəsinin baş katibliyinin rəhbəri saxlanılıb
Ermənistanın Etchmiadzin kilsəsinin baş katibliyinin rəhbəri, arxiyepiskop Arşak Xaçatryan saxlanılıb. Yayılan məlumatı arxiyepiskopun vəkili Arsen Babayan təsdiqləyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, saxlanmanın səbəbi hələ açıqlanmayıb və hüquq-mühafizə orqanları tərəfindən rəsmi izahat verilməyib. Arşak Xaçatryan ölkənin dini və inzibati strukturlarında uzun illər fəaliyyət göstərən nüfuzlu şəxslərdən biri hesab olunur.
Hadisə Ermənistan ictimaiyyətində geniş maraq doğurub və mövzu ilə bağlı əlavə açıqlamaların yaxın günlərdə gözlənildiyi bildirilir.
Sevinc Yarməmmədova
18:17 04.12.2025
Oxunuş sayı: 1730