Rus generaldan etiraf: Ukraynanı zəif saydıq
"Biz elə bilirdik “əməliyyat” 3 günə başa çatacaq. Düşməni zəif saydıq, öz gücümüzü yüksək qiymətləndirdik".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın quru qoşunlarının sabiq komandanı general Volodimir Çirkin deyib.
"Ölkə rəhbərliyinə yalan məlumat verilmişdi, guya Ukrayna əhalisinin 70 faizi bizim tərəfimizdədir. Əslində isə tam olaraq əksinə imiş.
Əməliyyat”ın ilk həftəsində çox amansız bir dərs aldıq. Minlərlə əsgərimizi döyüş meydanında itirdik. Biz uzun sürən döyüş əməliyyatlarına hazır deyildik. Lakin sonradan səhvlərimizdən nəticə çıxardıq", - deyə, o, qeyd edib.
18:08 04.12.2025
Oxunuş sayı: 1793