Netanyahu Suriya ilə razılığa gəlməyin mümkünlüyünü açıqlayıb
İsrail Baş naziri Netanyahu Suriyada baş verən son toqquşmalar zamanı yaralanan İsrail əsgərlərini ziyarət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Baş nazir bildirib ki, Suriya tərəfinin Dəməşqdən ölkənin cənubuna qədər silahsızlaşdırılmış bufer zonası yaratması gözlənilir. O, əlavə edib ki, İsrail qüvvələri vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün orada qalır.
"Xoş niyyət və bu prinsipləri anlamaqla suriyalılarla razılığa gəlmək mümkündür, lakin biz hər halda prinsiplərimizə sadiq qalacağıq", - Netanyahu vurğulayıb.
17:59 04.12.2025
Oxunuş sayı: 1868