Çexiya Ukraynaya hərbi və humanitar dəstəyi dayandıracağını açıqlayıb
"Çexiya Ukraynaya hərbi dəstəyi dayandırır".
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Çexiya baş nazirliyinə geri qayıtmış sağçı siyasətçi Babiç deyib.
"Biz Ukraynaya Maddi yardımı da azaldacağıq. Verilməli olan T72md tankları da özümüzə lazımdır və biz onları Ukraynaya təhvil verməyəcəyik.
Ukraynalı qaçqınlara edilən yardım da dayandırılacaq. Çexiya ABŞ-dan Purl proqramı çərçivəsində Ukrayna üçün silah alışını da dayandıracaq", - deyə, o, qeyd edib.
17:43 04.12.2025
Oxunuş sayı: 1660