Ermənistan Avropa İttifaqından konkret investisiya proqramları gözləyir
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətdə keçirilən brifinqdə bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) “Dünyanın Kəsişmə Nöqtəsi” layihəsində, o cümlədən TRIPP (“Tramp Marşrutu”) layihəsində iştirakını və konkret investisiya proqramlarını gözləyir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Paşinyan vurğulayıb ki, Ermənistan-Aİ strategiya tərəfdaşlığının gündəliyinin təsdiqlənməsi münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıyır. “Vaşinqton razılaşmalarından və TRIPP layihəsinin elanından sonra Ermənistana investisiya marağı xeyli artıb. Biz, əlbəttə, Aİ-nin infrastruktur layihələrində konkret iştirakı və mövcudluğu ilə maraqlıyıq. Gələcəkdə Aİ ilə münasibətlərimiz dərinləşəcək və inkişaf edəcək, xüsusilə ‘Dünyanın Kəsişmə Nöqtəsi’ və TRIPP layihəsi çərçivəsində konkret investisiya proqramlarını gözləyirik”, - deyə Paşinyan qeyd edib.
Baş nazir həmçinin bildirib ki, Aİ ilə əməkdaşlıq yalnız regional nəqliyyat infrastrukturu ilə məhdudlaşmır və daha geniş kontekstdə həyata keçirilir. O xatırladıb ki, bir neçə il öncə Aİ Ermənistana 2,6 milyard avro dəstək ifadə edib və həmin layihələr çərçivəsində artıq 500 milyondan çox avro, o cümlədən bank sistemi vasitəsilə özəl sektora kreditlər daxil olmaqla, investisiya olunub.
Sevinc Yarməmmədova
17:07 04.12.2025
Oxunuş sayı: 1794