Rusiyada FaceTime rəsmi şəkildə bloklandı
Roskomnadzor FaceTime xidmətinə məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib. Qurum bildirib ki, xidmət terrorçular və dələduzlar tərəfindən istifadə edildiyi üçün bloklanıb.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, FaceTime-da problemlər hələ sentyabrın əvvəlindən müşahidə olunurdu, lakin rəsmi təsdiq indi verilib. Dövlət Duması Apple-ın Rusiyanı tərk etdiyini və “müharibəni maliyyələşdirdiyini” iddia edib, yerli şirkətlərin tezliklə alternativ həllər təqdim edəcəyini bildirib.
Roskomnadzor açıqlamasında qeyd edib:
“FaceTime ölkədə terror aktlarının təşkili, cinayətkarların cəlb edilməsi və dələduzluq üçün istifadə olunur. Bu səbəbdən məhdudiyyətlər tətbiq edilir.”
FaceTime yalnız Apple cihazlarında çalışan, uçdan-uca şifrələnmiş xidmətdir. Android və Windows istifadəçilərinə zəng etmək üçün Apple cihazından link yaradılır.
İstifadəçilər 2025-ci ilin sentyabrından etibarən tətbiqdə nasazlıqlar barədə məlumat verməyə başlamışdılar.
16:35 04.12.2025
Oxunuş sayı: 1946