Zelenski Türkiyədə atəşkəs danışıqlarına başlayıb
Ukrayna Prezidentinin Ofisinin rəhbəri Andrey Yermak bildirib ki, Vladimir Zelenskinin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə gəlib və burada Rusiya ilə münaqişədə atəşkəsin əldə olunması istiqamətində iş aparacaq.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Andrey Yermak vurğulayıb ki, “bütün planlaşdırılmış görüşlər cədvələ uyğun və işgüzar atmosferdə keçirilir”. O, qeyd edib ki, Donald Tramp administrasiyasının nümayəndələri, xüsusilə Stiv Uitkoff ilə daimi əlaqədədir.
Siyasətçi Telegram kanalında yazıb ki, Ukrayna ABŞ ilə birlikdə atəşkəsin əldə olunması və “ədalətli və davamlı sülhə” nail olunması istiqamətində işləməyi planlaşdırır.
Türkanə Məşədiyeva
15:12 19.11.2025
Oxunuş sayı: 1078