Çin Orta Dəhliz üzrə birgə müəssisəyə qoşuldu
Çin Azərbaycan, Qazaxıstan və Gürcüstanın dəmir yolları tərəfindən yaradılmış Middle Corridor Multimodal birgə müəssisəsinə rəsmi olaraq daxil olub. Bu addım ölkənin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu daha çox Orta Dəhliz kimi tanınan strateji nəqliyyat xəttinə marağının artdığını göstərir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Orta Dəhliz Rusiyadan yan keçməklə Çin və Avropanı birləşdirən əsas logistika marşrutudur. Xüsusilə 2022-ci ildən sonra bu marşruta tələbat əhəmiyyətli dərəcədə artıb. Səbəblərdən biri də Rusiyadan tranziti qadağan olunan malların daşınmasını bu dəhlizin mümkün etməsidir.
Çinin birgə müəssisəyə qoşulması nəticəsində marşrut üzrə vahid tarif siyasətinin formalaşdırılması, eləcə də logistika proseslərinin sadələşdirilməsi gözlənilir. Bu isə Orta Dəhliz boyunca yük daşımalarının daha sürətli, səmərəli və rəqabətqabiliyyətli olmasına şərait yaradacaq.
Nigar Yahyazadə
14:50 19.11.2025
Oxunuş sayı: 1213