Ermənistan keçmiş İrəvan merindən 5 milyon dolların müsadirəsini tələb edir
Ermənistanın Baş Prokurorluğu keçmiş İrəvan meri və deputat Taron Markaryandan 5 milyon dollardan artıq dəyəri olan əmlakın müsadirəsini istəyir.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, Markaryan və onunla əlaqəli şəxslərə məxsus daşınmaz əmlak və pul vəsaitlərinin “qanunsuz əldə edilmiş əmlak” kimi müsadirəsi üçün məhkəməyə iddia verilib və həmin əmlaklara həbs qoyulub.
Prokurorluq bildirir ki, 8 sentyabr tarixində Markaryan barəsindəki cinayət işi üzrə materiallar da məhkəməyə təqdim edilib.
Qeyd edək ki, Taron Markaryan 2011–2018-ci illərdə İrəvanın meri olub. O, bu vəzifəyə Serj Sarqsyanın prezidentliyi dövründə təyin edilmişdi və həmin illərdə hakim Respublika Partiyasının nümayəndəsi kimi Ermənistan parlamentində də təmsil olunub.
Markaryan 2018-ci ildə mer postundan istefa verib.
14:39 19.11.2025
Oxunuş sayı: 1445