Rusiya Ukraynanın qərb bölgələrinə genişmiqyaslı hücum həyata keçirib
19 noyabr gecəsi Rusiya qüvvələri Ukrayna ərazisinə genişmiqyaslı kombinə edilmiş hücum edib.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir. Məlumata görə, əsas hücum istiqaməti ölkənin qərb bölgələri olub.
Lviv şəhərinə bir neçə qrup döyüş dronları ilə zərbələr endirilib. Şəhərdə partlayış səsləri eşidilib və elektrik təchizatında fasilələr yaranıb.
Ternopil şəhəri isə raket və dron hücumlarına məruz qalıb. Hadisə nəticəsində binalar və yaşayış evləri zədələnib, bir neçə nəfər xəsarət alıb, hündürmərtəbəli bina dağılıb.
Nəzrin Abbas
11:15 19.11.2025
Oxunuş sayı: 1231