Trampın reytinqi rekord səviyyədə aşağı düşdü
ABŞ Prezidenti Donald Trampın reytinqi 38%-ə enib. Bu onun hazırkı prezidentlik müddətindəki ən aşağı göstəricidir.
Bu barədə Crossmedia.az Reuters-ə istinadən xəbər verir.
Enişin əsas səbəbləri arasında yüksək həyat xərclərinə dair ictimai narazılıq və Trampın Ceffri Epşteyn işi ilə bağlı sənədlərin açıqlanmasına dair mövqeyindəki dəyişikliklər yer alır.
Bu hadisə Trampın ictimai dəstəyinin zəiflədiyini və seçicilərin gündəlik problemlərə daha çox diqqət yetirdiyini göstərir.
Türkanə Məşədiyeva
10:57 19.11.2025
Oxunuş sayı: 1496