18 karatlıq qızıldan hazırlanmış unitaz hərracda 12,1 milyon dollara satılıb
18 karatlıq qızıldan hazırlanmış 100 kiloqramdan çox çəkisi olan "Amerika" adlı unitaz hərracda 12,1 milyon ABŞ dollarına satılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sotheby's"in saytında məlumat yayılıb.
İtalyanın konseptualist rəssamı Mauritsio Kattelan belə iki unitaz hazırlayıb. 2019-cu ildə onlardan biri oğurlanıb.
Bundan əlavə, M.Kattelan ötən il hərracda satılan divara lentlə yapışdırılmış banan əsəri ilə də tanınır.
10:40 19.11.2025
Oxunuş sayı: 1118