Rusiya və Suriya arasında anlaşmanın detalları açıqlanıb
Rusiya və Suriya arasında anlaşmanın detalları açıqlanıb.
Crossmedia.az bu barədə Suriya mediasına istinadən xəbər verir. Anlaşmanın detalları bunlardır:
Rusiya Hmeynim və Tartusda yerləşən bazalarını qoruyacaq.Rusiya logistik olaraq bu bazalardan isitfadəyə davam edəcək. Rusiya tərəfi Latakiyada ələvilərlə Şam arasında münasibətlərin normallaşmasına yardım edəcək.
Rusiya benzin və dizeli, habelə xam nefti Suriyaya bazar qiymətindən ucuz satacaq. Rusiya tərəfi tikinti materialları ilə bağlı Suriyaya yardım edəcək.
Rusiya Suriyaya hərbi dəstək verəcək. Şamda Əsəd dövründə mövcud olan vahid HHM sistemi bərpa ediləcək sistemə ruslar nəzarət edəcək. Rusiya Suriya ordusuna hərbi təlim keçəcək, təlim üçün ödənişi Səudiyyə Ərəbistanı edəcək.
Rusiya Qamışlıda və Quneytrada daimi patrul həyata keçirəcək və İsrail ilə təmas xəttinə yenidən qayıdacaq. Druzlara bağlı Cənubi Əməliyyat otağı yenidən Rusiyaya veriləcək.
19:24 18.11.2025
Oxunuş sayı: 1201