Tramp: ABŞ Səudiyyə Ərəbistanına F-35 satmağı nəzərdən keçirir
Dünən ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanına F-35 tipli qabaqcıl qırıcıların satışını nəzərdən keçirdiyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp müsahibəsində İranla bağlı vəziyyətə toxunaraq, “İranın nüvə imkanlarını məhv etdik” sözlərini işlədib. ABŞ prezidenti Səudiyyə Ərəbistanını “böyük müttəfiq” adlandıraraq, Ər-Riyadın F-35 qırıcılarını almaqda maraqlı olduğunu qeyd edib.
Səudiyyə Ərəbistanının Amerika ilə “çox yaxın və dost” ölkə olduğunu vurğulayan Tramp, satış məsələsinin hazırda nəzərdən keçirildiyini bildirib.
Xatırladaq ki, bu il İsrail və İran arasında baş vermiş 12 günlük müharibə zamanı ABŞ və İsrail ordusu İranın nüvə və hərbi obyektlərinə B-2 və F-35 tipli hərbi qırıcılardan istifadə etməklə zərbələr endirib
19:21 18.11.2025
Oxunuş sayı: 1239