Səudiyyə vəliəhdinə Tramp görüşündən əvvəl Tehrandan məktub
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ABŞ prezidenti Donald Trampla görüş üçün yola düşməzdən əvvəl İran prezidenti Məsud Pezeşkiandan məktub aldığını təsdiqləyib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Rəsmi məlumata əsasən, mesaj Rza Rəşidian tərəfindən Səudiyyə daxili işlər nazirinə təqdim olunub və daha sonra vəliəhd şahzadəyə çatdırılıb.
Məktubun məzmunu açıqlanmayıb və onun ABŞ-yə ünvanlanıb-ünvanlanmadığı, yaxud İran–Səudiyyə münasibətlərinə aid olub-olmadığı hələlik bilinmir.
19:13 18.11.2025
Oxunuş sayı: 1115