Aİ və Ermənistan regiondakı kommunikasiyanın açılmasını müzakirə edib
Cənubi Qafqazda sülh gündəliyinin ən vacib istiqamətlərindən biri olan kommunikasiya xətlərinin açılması yenidən gündəmə gəlib. Bu kontekstdə Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin region ölkələri ilə təması intensivləşib. Məhz bu çərçivədə İrəvanda daha bir mühüm görüş baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə Ermənistanın vitse-premyeri Mher Qriqoryan İrəvanda Cənubi Qafqaz regionunda kommunikasiyaların açılması məsələsini müzakirə ediblər.
Günel Verdiyeva
15:20 18.11.2025
Oxunuş sayı: 5247