Karapetyanın həbsi 2 ay uzadıldı
Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi “Tashir” Qrupunun rəhbəri, rusiyalı oliqarx Samvel Karapetyanın həbs müddətini daha iki ay uzadıb.
Crossmedia.az xarici mətbuata istinadən xəbər verir ki, məlumatı iş adamının vəkili Aram Vardevanyan yayıb.
Kassasiya Məhkəməsi 13 noyabrda müdafiə tərəfinin Karapetyanın azad edilməsinə dair şikayətini rədd edib. Həmçinin məhkəmə prokurorluğun iqtisadi xarakterli ittihamların əsaslı sayılması ilə bağlı tələbini də qəbul etməyib.
Beləliklə, məhkəmənin əsaslı saydığı yeganə ittiham hakimiyyətin devrilməsinə çağırış iddiasıdır.
Pərvin Hacıyeva
13:03 18.11.2025
Oxunuş sayı: 1389