Vaqarşapatda seçkiöncəsi rüşvət işi üzrə beş nəfər ittiham edilib
Antikorrupsiya Komitəsi Vaqarşapatda seçkiöncəsi rüşvət işi üzrə beş vətəndaşın ittiham olunduğunu açıqlayıb.
Crossmedia.az xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.
Bildirilir ki, əvvəlki gün müvafiq istintaq tədbirləri müxalif “Qələbə” blokunun (“İrəli” və “Daşnaksütyun” partiyaları) 10 üzvü ilə bağlı aparılıb. Blok Vaqarşapat Şurasına seçkilərdə iştirak edib.
Antikorrupsiya Komitəsi bildirib ki, axtarışlar komitədə başladılmış cinayət işləri çərçivəsində həyata keçirilib.
Komitənin məlumatına görə, “beş nəfər seçkiöncəsi rüşvət alma, vermə və vasitəçilik etmə faktları üzrə təqsirləndirilən şəxs kimi qeyd olunub. Onlara qarşı həbs tətbiq edilməyən məhdudlaşdırıcı tədbirlər seçilib”.
12:50 18.11.2025
Oxunuş sayı: 1443