Finlandiya prezidenti: Tramp Rusiyaya qarşı "dəyənək" siyasətini tətbiq etməlidir
Finlandiya Prezidenti Aleksandr Stubb ABŞ-ni Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb. Onun sözlərinə görə, bu addım Ukrayna ilə bağlı danışıqlarda Moskvaya təzyiq göstərmək üçün zəruridir.
Crossmedia.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Stubb bildirib ki, ABŞ Prezidenti Donald Tramp ya “dəyənək”, ya da “kökə” taktikasından istifadə edir. “O, "kökə"ni Alyaskada və Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında sınadı. Hazırda biz “dəyənək” rejimindəyik”, – deyə Finlandiya lideri vurğulayıb.
Prezident əlavə edib ki, Moskva üzərində təzyiq göstərmək və Kiyevə dəstəyin davam etdirilməsi Ukraynada atəşkəsin yaxınlaşması üçün ən effektiv yoldur.
Eyni zamanda, Stubb qeyd edib ki, tez ya gec, Avropa ölkələri Rusiyaya qarşı danışıqlara qoşulmalı və fəaliyyətlərini koordinasiya etməlidirlər.
Nəzrin Abbas
12:27 18.11.2025
Oxunuş sayı: 1520