Tibb üzrə fəlsəfə doktoru: Özümü Crossmedia.az ailəsinin bir üzvü kimi hesab edirəm
 
                                            Crossmedia Analitik İnformasiya Portalının fəaliyyətə başlamasının bir ili tamam olur. Noyabrın 1-də saytın yaranmasının 1 illiyi qeyd olunacaq. İldönümü ərəfəsində redaksiyamıza təbriklər gəlməyə davam edir.
Tibb üzrə fəlsəfə doktoru Farid Museyibov Crossmedia.az-ın bir yaşı ilə bağlı fikirlərini bölüşüb:
“Crossmedia.az-ın 1 yaşını təbrik edirəm və kollektivinizə bu uğurlu yaşın dəyərli olmasını arzulayıram. Bir tibb işçisi olaraq biz tibb sahəsində çalışanların ilk arzusu həmişə can sağlığıdır. Eyni şəkildə, Crossmedia.az saytının bütün üzvlərinə can sağlığı arzu edirəm. İnşallah, daha böyük yaşlarınızı da qeyd edəsiniz. Crossmedia.az üzvlərinin hər biri peşəkardır və peşəkarların olduğu yerdə hər zaman inkişaf olur. Tibb sahəsinə də xüsusi yer ayırdığınız üçün sizə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, bir ekspert kimi təyin olunduğum üçün böyük qürur duyuram. Artıq özümü sizin ailənizin bir üzvü kimi hesab edirəm.Kollektivinizə yeni-yeni uğurlar arzulayıram və bütün komandayı 1 yaş münasibətilə səmimi-qəlbdən təbrik edirəm”.
Fatimə Hacıəliyeva
19:28 31.10.2025
Oxunuş sayı: 1593
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        