Azərbaycan və Ermənistan arasında parlament səfərləri davam edəcək
 
                                            Ermənistan Milli Məclisinin sədri Alen Simonyan bildirib ki, Azərbaycan və Ermənistan parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri davam etdiriləcək.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
A.Simonyanın sözlərinə görə, bu cür təmaslar iki ölkə arasında dialoqun möhkəmlənməsinə və parlament diplomatiyasının inkişafına töhfə verir.
Mehriban İbrahimli
19:23 31.10.2025
Oxunuş sayı: 1794
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        