Fransada çox ciddi iqtisadi, sosial böhran var - Deputat
 
                                            Fransada prezident Emmanuel Makronun reytinqi son illərin ən aşağı səviyyəsinə düşüb. Əhali arasında aparılan sorğular göstərir ki, fransızların böyük əksəriyyəti artıq dövlət başçısına etibar etmir və onun siyasi kursundan narazıdır.
Məlumata görə, ölkə əhalisinin cəmi 11 faizi Makronun fəaliyyətini müsbət qiymətləndirib. Respondentlərin yalnız 2 faizi prezidentə tam etibar etdiyini, 9 faizi isə “qismən etibar etdiyini” bildirib.
Bu barədə Crossmedia.az -a millət vəkili Asim Mollazadə açıqlama verib:
"Fransada hökümətlərin sürətlə dəyişməsinin əsas səbəbi ciddi iqtisadi, sosial böhranın olmasıdır. Etirazlar dalğasına həkimlər, müəllimlər, işçilər daxildir".
O qeyd edib ki,digər səbəb onunla bağlıdır ki, Fransanın hakim dairələri ölkənin idarəetməsinə, iqtisadiyyatına çox ciddi zərbələr vururlar: "Zərbələrin nəticəsində Fransada vətəndaşların vəziyyəti mənfiyə doğru gedir. Makrona qarşı olan etirazlar bilavasitə ölkədəki daxili siyasətlə, iqtisadiyyatla, sosial problemlərlə bağlıdır".
O vurğulayıb ki, bu istiqamətdə də bir sıra səhvlər olub, Fransa şirkətləri böyük itkilərə məruz qalıb: "Cənubi Qafqazda onların siyasi oyunları Fransaya, Fransa şirkətlərinə böyük zərbə olub".
Mehriban İbrahimli
19:18 31.10.2025
Oxunuş sayı: 1408
 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                     
                     
                     
                     
                     
        