Donal Tramp Alyaskada çəkilmiş fotoları müqayisə edib

Donald Tramp Vladimir Putinlə çəkdirdiyi şəkli Riçard Niksonla Nikita Xruşşovun görüşünün fotosu ilə müqayisə edib.
Crossmedia.az xəbər verir ki, ABŞ prezidenti iki foto yayımlayıb. Birincisi, Alyaskada Vladimir Putinlə görüşü zamanı çəkilən şəkil və bu görüşdə respublikaçı barmağını Rusiya liderinə istiqamətləndirir. Bu şəkli Ağ Ev dərc edib.
İkinci şəkil isə 1959-cu ildə ABŞ-ın vitse-prezidenti Riçard Niksonun Moskvaya səfəri zamanı çəkilib. Orada amerikalı siyasətçi analoji olaraq şəhadət barmağını sovet liderinin sinəsinə tuşlayıb. Bu şəkli fotoqraf Elliott Erwitt çəkib.
21:02 21.08.2025
Oxunuş sayı: 714