SEPAH generalı dünyasını dəyişdi

Bu gün səhər saatlarında İranın tanınmış SEPAH generalı Qulamhüseyn Qeybpərvər vəfat edib. O, bir vaxtlar ölkədə xalq etirazlarını yatırmaq məqsədilə yaradılmış SEPAH-ın xüsusi bölməsi olan Bəsic qüvvələrinin komandanı vəzifəsində çalışıb.
Crossmedia.az xəbər verir ki , bununla bağlı, SEPAH-ın “Telegram” kanalı məlumat yayıb.
İran mediası onun uzun sürən xəstəlikdən sonra dünyasını dəyişdiyini yazsa da, son günlər ölkədə baş verən ardıcıl “qaz borusu” partlayışları fonunda, generalın ölümünün səbəbi ilə bağlı alternativ ehtimallar da səsləndirilir.
16:00 16.07.2025
Oxunuş sayı: 789