Qəzzada son sutkada ən azı 61 fələstinli həlak olub

İsrailin Qəzza zolağına endirdiyi hava zərbələri nəticəsində son 24 saat ərzində ən azı 61 fələstinli həlak olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı səhiyyə mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, şimal bölgəsində yerləşən Şati qaçqın düşərgəsinə edilən hava hücumu nəticəsində 23 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Bundan başqa, ABŞ və İsrailin birgə təşəbbüsü ilə yaradılmış və humanitar yardımın paylanmasını həyata keçirən Qəzza Humanitar Fondunun yerləşdiyi əraziyə edilən hücumda 2 nəfər ölüb, 30-dan çox insan yaralanıb.
Xumar Emilqızı
14:05 16.07.2025
Oxunuş sayı: 1194