Rəsmi İrəvan ABŞ səfirinin təklifinə cavab verdi: “Yalnız Ermənistanın yurisdiksiyası çərçivəsində mümkündür”

Ermənistan hökuməti ABŞ səfirinin ölkədə nəqliyyat marşrutlarının açılması ilə bağlı verdiyi təklifə münasibət bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan bəyan edib ki, nəqliyyat yollarının açılması yalnız Ermənistanın yurisdiksiyası tam şəkildə təmin olunacağı halda mümkündür.
Crossmedia.az-ın məlumatına görə, Nazeli Bağdasaryan bildirir ki, Ermənistan qanunvericiliyinə əsasən, torpaq sahələri yalnız kənd təsərrüfatı məqsədləri üçün icarəyə verilə bilər. Bu baxımdan, ABŞ səfirinin səsləndirdiyi təklif ölkə qanunvericiliyinə uyğun deyil və bu səbəbdən reallaşdırılması mümkün deyil.
Qeyd edək ki, Ermənistanla Azərbaycan arasında regionda kommunikasiyaların açılması məsələsi müzakirə mövzusudur. Ermənistan tərəfi isə bu məsələdə ölkə suverenliyinin və qanunlarının pozulmaması şərti ilə razılıq verə biləcəyini bildirir.
Fidan Qarayeva
20:59 14.07.2025
Oxunuş sayı: 920