Tom Barak: ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə bilər

ABŞ-nin Türkiyədəki səfiri Tom Barak nüfuzlu və özəl Amerika şirkətinin Zəngəzur dəhlizində qarant rolu oynaya biləcəyi barədə xəbərləri təsdiqləyib.
Crossmedia.az “Middle East Eye”yə istinadla xəbər verir ki, o bildirib ki, bu təklifi əslində Türkiyə verib, ABŞ də razılaşıb:
“Ermənistan tərəfi bildirib ki, həmin şirkət yolun Naxçıvanda olan hissəsində də fəaliyyət göstərsin, Azərbaycan isə bunu qəbuledilməz adlandırıb. Hazırda 32 kilometrlik dəhliz iki ölkənin sülh müqaviləsi bağlamasına əsas maneədir. ABŞ Zəngəzur dəhlizini 100 illik icarəyə götürə və tərəflər buradan rahatlıqla istifadə edə bilərlər”.
Qeyd edək ki, bu, ABŞ tərəfindən ilk rəsmi açıqlama hesab olunur.
Nəzrin Salmanova
17:55 14.07.2025
Oxunuş sayı: 856