Son 24 saatda Qəzzada 95 fələstinli həlak olub

İsrail ordusunun Qəzza zolağına endirdiyi son hava zərbələri nəticəsində son 24 saat ərzində azı 95 fələstinli həyatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Qətərin “Al Jazeera” televiziya kanalı yayıb.
Telekanalın məlumatına görə, İsrail hücumları Qəzzanın müxtəlif bölgələrində davam edib. Zərbələrin hədəfində insanların sıx toplaşdığı bazar yerləri və su paylama məntəqələri olub.
Məlumata əsasən, Qəzzadakı bir bazara təşkil olunan hücumda azı 17 nəfər, Nuseyrat qaçqın düşərgəsində isə su paylama nöqtəsinə raket hücumu nəticəsində 10 nəfər, o cümlədən 7 uşaq həyatını itirib. Onlar içməli su növbəsində olarkən hədəfə alınıb. Həmin hücumda 17 nəfər də yaralanıb.
Hazırda bölgədə hücumların davam etdiyi bildirilir. Beynəlxalq təşkilatlar isə mülki əhalinin qorunmasına çağırış edirlər.
Xumar Emilqızı
19:49 14.07.2025
Oxunuş sayı: 816