Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub

Bu gün Respublika Hərbi Prokurorluğunda yeni təyinatlar olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.
Baş prokurorun əmri ilə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini Ağakişi Acalov Sumqayıt şəhərinə hərbi prokuror təyin edilib.
Baş prokurorun digər əmri ilə Nihad Şıxəliyev Respublika Hərbi prokurorun müavini təyin olunub. O, bu vəzifədə Mehdi Hüseynzadəni əvəzləyib. N.Şıxəliyev bu təyinatadək Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi olub.
16:29 14.07.2025
Oxunuş sayı: 727