Suriyada silahlı qarşıdurma:30 ölü, 100-dən çox yaralı

Suriyanın cənubunda yerləşən Əs-Süveyda vilayətində ərəb tayfalarına mənsub silahlılarla Dürzi özünümüdafiə dəstələri arasında baş verən silahlı qarşıdurmalarda azı 30 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bu barədə Suriyanın müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat verib.
Nazirliyin bəyanatında qeyd olunub ki, zorakılığın bu qədər artmasının əsas səbəbi regionda təhlükəsizliyin pozulması və yerli idarəetmənin böhranla mübarizədə aciz qalmasıdır. Məhz bu səbəbdən hökumət vəziyyəti nəzarət altına almaq üçün ölkənin cənubuna xüsusi təhlükəsizlik qüvvələri göndərib.
Suriya Daxili İşlər Nazirliyi bölgə əhalisinə müraciət edərək, münaqişənin dayandırılması və qanuniliyin bərpa olunması üçün hökumət qüvvələri ilə əməkdaşlıq etməyə çağırıb.
Nigar Rəhimova
12:10 14.07.2025
Oxunuş sayı: 623