Almaniya prezidenti Trampı İranla gərginliyin artmasında günahlandırdı

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Yaxın Şərqdə son günlərdə artan gərginliklə bağlı açıqlama verərək, vəziyyətin bu həddə çatmasında ABŞ-nin prezidenti Donald Trampı məsuliyyətli hesab etdiyini bildirib.
Crossmedia.az bildirir ki, Ştaynmayer xüsusilə İsrailin İranın nüvə obyektlərinə təşkil etdiyi hücumların bölgədə sabitliyi daha da pozduğunu və bu gedişatın əsas səbəbkarlarından birinin Tramp administrasiyasının siyasətləri olduğunu vurğulayıb. O, Yaxın Şərqdə diplomatik yollarla sabitliyin təmin edilməsinin vacibliyini qeyd edib.
10:38 14.07.2025
Oxunuş sayı: 706