Hələb şəhərində partlayış baş verib

Suriyanın şimalı Hələb şəhərində hava limanı yaxınlığında partlayış baş verib .
Bu barədə Crossmedia.az yerli KİV-ə istinadən məlumat verir.
Mətbuatın məlumatına görə, buna səbəb zenit müdafiə bölməsinin tərk edilmiş anbarında müharibədən qalan raketin partlaması olub.
Hadisə nəticəsində ölənlərin olduğu və maddi ziyan dəydiyi bildirilir. Hadisə yerinə təcili yardım maşınları göndərilib.
11:08 12.07.2025
Oxunuş sayı: 758