Şimali Koreya ABŞ-nin İrana hücumunu pislədi

Şimali Koreya bəyanat yayaraq, “ABŞ-nin İrana hücumunu şiddətlə qınadığını” bildirib.
Crossmedia.az xəbər verir ki , bu barədə "Snn.ir" saytı məlumat paylaşıb.
Bəyanatda vurğulanıb ki, “bu hücum təhlükəli idi və İranın suverenliyinin pozulmasıdır”.
Qeyd olunub ki, ABŞ-nin İranın nüvə obyektlərinə qarşı hücumu bölgə və dünya ölkələri arasında mənfi reaksiyalar dalğasına səbəb olub.
17:45 23.06.2025
Oxunuş sayı: 785