Dollar bahalaşdı, ABŞ-İran gərginliyi bazarlara təsir edir

Dollar həftəyə qlobal valyutalar qarşısında güclənməklə başlayıb. ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi bombalı hücumlar beynəlxalq bazarlarda narahatlıq yaratsa da, ilkin reaksiyalar məhdud olub. Dollar/TL məzənnəsi 39,74 TL, avro isə 45,70 TL səviyyəsindən ticarətə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat verib.
ABŞ-ın prezidenti Donald Trampın “İranı bombalamaq barədə qərarı iki həftə içində verəcəyəm” açıqlamasının ardından həftəsonu ABŞ İranın üç nüvə obyektini vurub. Tramp yeni açıqlamasında “Sülh gəlməsə, hücumlar davam edəcək” deyib.
Gərginliyin artması fonunda dolların indekslə ölçülən gücü (DXY) 0,40% artaraq 98,63-ə çatıb. Avro/dollar məzənnəsi 1,14-ə enib, dollar/Yapon yeni isə 147-yə yüksəlib.
Siyasi gərginlik neft bazarına da təsir göstərib. İran parlamentinin Hörmüz boğazının bağlanmasına icazə verməsi nəticəsində neft qiymətləri qısa müddətə 80 dollara yüksəlsə də, sonradan 76 dollara geriləyib. Hörmüz boğazı qlobal neft ticarətinin 25%-ni təşkil edir. Analitiklərə görə, boğazın bağlanması halında Brent markalı neftin qiyməti 100 dollara çata bilər.
Qlobal bazarların müharibələrə olan reaksiya həssaslığının azaldığı müşahidə olunur. “Qorxu indeksi” kimi tanınan VIX göstəricisi də eniş göstərib.
Neft və dolların bahalaşması Türkiyə kimi enerji idxalçısı ölkələrə mənfi təsir edir. TÜİK-in məlumatına görə, akaryakıtın inflyasiya səbətindəki payı 3,3% təşkil edir və son bir həftədə qiymətlərə 4 TL-dən çox zam gəlib. Zamların davam edəcəyi və inflyasiya təzyiqlərinin artacağı proqnozlaşdırılır.
Bu həftə Türkiyə daxilində əhəmiyyətli iqtisadi göstərici gözlənilmir. Lakin bazar iştirakçıları İsrail-İran gərginliyini və bunun valyuta, enerji bazarlarına təsirini yaxından izləyəcək.
Digər tərəfdən, Türkiyə Mərkəzi Bankı cümə günü açıqladığı makroihtiyati tədbirlərlə bank sistemində türk lirəsinin payını artırmağı hədəflədiyini bəyan edib.
Nigar Rəhimova
15:38 23.06.2025
Oxunuş sayı: 762