İsrail İranın ballistik raket anbarlarını bombalayıb


Bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri (IDF) tərəfindən İranın Kirmanşah bölgəsinə hava zərbələri endirilib.
Crossmedia.az İsrail Ordusunun mətbuat xidmətinin yaydığı məlumata əsasən xəbər verir ki, hücum nəticəsində bir neçə ballistik raket anbarı və buraxılış meydançası məhv edilib.
Bildirilib ki, əməliyyatda 15-dən çox qırıcı təyyarə iştirak edib. Zərbələr xüsusi olaraq İsraili hədəf almaq gücünə malik strateji raket bazalarına yönəldilib.
“Əməliyyat nəticəsində strateji raket anbarları və buraxılış nöqtələri tam sıradan çıxarılıb”, – deyə IDF-in açıqlamasında qeyd olunub.
Xatırladaq ki, bu hücumlar İranın son günlər ərzində Təl-Əviv, Aşdod və Berşeva şəhərlərinə endirdiyi raket zərbələrinə cavab olaraq həyata keçirilib. Hazırda regionda qarşılıqlı intensiv hücumlar davam edir.
12:07 23.06.2025
Oxunuş sayı: 762