İran səmasında İsrailə məxsus PUA vuruldu

Bu gün səhər saatlarında İranın Luristan əyalətinin Xürrəmabad şəhəri üzərində hava hücumundan müdafiə sistemləri naməlum pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, PUA İranın hava məkanına daxil olduqdan dərhal sonra izlənilib və qısa müddətdə vurularaq zərərsizləşdirilib.
Sosial şəbəkələrdə yayılan videolarda qəzaya uğrayan pilotsuz təyyarənin metal hissələrinin geniş əraziyə səpələndiyi əks olunub.
Rəsmi Tehran hələlik PUA-nın mənşəyi barədə rəsmi açıqlama verməsə də, yerli hərbi mənbələr onun İsrailə məxsus kəşfiyyat dronu olduğunu ehtimal etdiklərini bildiriblər.
11:16 23.06.2025
Oxunuş sayı: 761