İlham Əliyev Türkiyədə “Azərbaycan Məhəlləsi”nin açılışına qatılacaq

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə iyunun 19-da Türkiyəyə səfər edəcək.
Crossmedia.az xəbər verir ki , bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat verib.
Xəbərə görə, səfər çərçivəsində Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə 2023-cü ilin fevral ayında qardaş ölkədə baş vermiş zəlzələdən sonra Türkiyə və Azərbaycan tərəfindən Kahramanmaraşda “Azərbaycan Məhəlləsi” adıyla inşa edilən yaşayış kompleksinin açılışı həyata keçiriləcək.
"Səfər zamanı Türkiyə və Azərbaycan arasındakı münasibətlərlə yanaşı, aktual regional proseslər barədə də fikir mübadiləsinin aparılması nəzərdə tutulur", - deyə Altun qeyd edib.
17:22 18.06.2025
Oxunuş sayı: 980