Azərbaycan və Türkiyənin ombudsman təsisatları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib

Ombudsmanların Beynəlxalq Simpoziumu çərçivəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Türkiyə Respublikasının Baş Ombudsmanı Mehmet Akarca arasında görüş keçirilib.
Crossmedia.az xəbər verir ki, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasında insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mövcud olan sıx əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə edilib.
Eyni zamanda, gələcək əməkdaşlığın perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
17:03 18.06.2025
Oxunuş sayı: 666