Fransa Ermənistanla əməkdaşlıq üzrə koordinator postu yaradır

Fransa Xarici İşlər Nazirliyi Ermənistanla əməkdaşlığın əlaqələndirilməsi məqsədilə yeni - xüsusi koordinator vəzifəsi təsis edib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı Fransanın Ermənistandakı səfiri Olivye Dekotini Yerevanda keçirilən Ermənistan–Fransa arasında mərkəzləşdirilməmiş əməkdaşlıq üzrə 5-ci konfrans çərçivəsində açıqlayıb.
Səfirin sözlərinə görə, Paris və Yerevan arasında mövcud olan çoxşaxəli və dinamik əlaqələr bu əməkdaşlığın daha effektiv idarə edilməsini zəruri edir. Yeni vəzifə də məhz ikitərəfli münasibətlərin dərinləşdirilməsi və koordinasiyalı şəkildə inkişaf etdirilməsi məqsədilə yaradılıb.
20:16 02.06.2025
Oxunuş sayı: 1250