Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir:
"Möhtərəm cənab Prezident.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Türk Dövlətləri Təşkilatı adından və şəxsən öz adımdan Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.
Müstəqilliyinin bərpasından keçən dövr ərzində siyasi, iqtisadi və sosial sahələrdə böyük irəliləyişlərə nail olmuş Azərbaycan Respublikası
Zati-alinizin müdrik siyasəti sayəsində daha da inkişaf etmiş, regional və beynəlxalq məsələlərdə fəal iştirakı ilə seçilmiş, xüsusilə də sülhün, sabitliyin, əməkdaşlığın və rifahın təşviqində göstərdiyiniz səylərlə regionun lider ölkəsinə çevrilmişdir.
Türk Dövlətləri Təşkilatına daim göstərdiyiniz hərtərəfli dəstəyə və təşəbbüslərinizə görə Sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə görüşü əməkdaşlığımızı və türk dövlətləri arasındakı həmrəyliyi daha da möhkəmləndirəcəkdir.
Fürsətdən istifadə edərək, bu əlamətdar bayram münasibətilə
Zati-alinizə davamlı uğurlar, bütün Azərbaycan xalqına rifah, firavanlıq və xoşbəxtlik arzulayıram".
13:48 02.06.2025
Oxunuş sayı: 1230