Bu gün Polşada prezident seçkilərinin ikinci turu başlayıb

Prezident postuna iki namizəd iddia edir:
Avropayönümlü, liberal, mərkəzçi-mötədil, hakim partiyanın namizədi, baş nazir Donald Tuskun müttəfiqi və Varşava meri Rafal Traxovski və mühafizəkar, tarixçi və Milli Yaddaş İnstitutunun rəhbəri, ana müxalifət Hüquq və Ədalət Partiyasının (PİS) namizədi Karol Navroçki.
Birinci turda Traxovski 31,36%, Navroçki isə 29,54% səs toplayıb.
Qeyd edək ki, Polşada prezident formal səlahiyyətlərə malik deyil, lakin geniş təsir imkanlarına sahibdir.
20:12 01.06.2025
Oxunuş sayı: 1245