Diqqət!: Bir neçə günə nadir astronomik hadisə müşahidə olunacaq

İyunun üçündə sübh çağı səma nadir astronomik hadisə müşahidə olunacaq. Belə ki, Günəş sisteminin altı planeti – Merkuri, Venera, Mars, Yupiter, Saturn və Uran – səmada bir xətt boyunca düzüləcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, müşahidə üçün ən əlverişli şərait Şimal yarımkürəsində olacaq. Hadisəni izləmək istəyənlərə günəş doğmazdan təxminən bir saat əvvəl, şərq və cənub-şərq istiqamətinə baxmaq tövsiyə olunur.
Qeyd edək ki, bəzi planetlərin daha aydın görünməsi üçün durbin və ya teleskopdan istifadə etmək lazım gələ bilər.
Fatimə Məmmədova
22:50 31.05.2025
Oxunuş sayı: 1428