Qəzzada həlak olanların sayı 54 mini keçdi

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına başladığı hücumlar nəticəsində həlak olan fələstinlilərin ümumi sayı 54 min 321 nəfərə çatıb.
Crossmedia.az xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, son 24 saat ərzində bölgədə daha 72 nəfər həyatını itirib, 278 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.
Nazirliyin məlumatına görə, 2024-cü il yanvarın 19-da əldə olunan atəşkəsin pozulmasından sonra (martın 18-dən etibarən) İsrailin yenidən intensivləşdirdiyi hərbi əməliyyatlar nəticəsində daha 4 min 58 nəfər fələstinli ölüb, 11 min 729 nəfər isə yaralanıb.
18:46 30.05.2025
Oxunuş sayı: 1421